Fransa Senatının üzvü: “Azərbaycanın multikulturalizm sahəsində öncül cəbhədə getdiyini görməliyik”

Fransa Senatının üzvü: “Azərbaycanın multikulturalizm sahəsində öncül cəbhədə getdiyini görməliyik”
# 18 may 2015 10:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı Fransa Senatının üzvü Natali Qule söyləyib.

N. Qule Azərbaycan prezidenti İlham Əliyevin çıxışında vətənpərvərliyi qeyd etməsini önə çəkib: “Müxtəlif şəxslər cihad adı ilə ekstremist cərəyanlara qoşulurlar. İslamın səhv təqdimatı ilə Fransa və digər ölkələrdən gəncləri aldadıb aparırlar. İŞİD-in tərkibində döyüşənlərin 20 faizi xristianlardır. Gənclərin aldanmasının qarşısını almalıyıq. Bu sahədə birgə səylər göstərməliyik. Təbii ki, təhsil fundamental əhəmiyyət daşıyır. Bir qız məktəbə getmirsə, bu, bizi narahat etməlidir. Əgər Azərbaycan bu sahədə uğurlar qazanıbsa, bu nümunələri digər ölkələrlə bölüşməlidir. Azərbaycan böyük dövlətləri də bu sahədə işlər görməyə sövq etməlidir”.

N. Qule terrorçuların qəddarlıqlarını vətəndaşlara nümayiş etdirməyi zəruri sayıb: “Mən Forumun təşkilatçılarına, xüsusən Azərbaycana təşəkkür etmək istəyirəm. Biz birgə Bakı Bəyannaməsi qəbul etməliyik. Biz bəyan edə bilərik ki, multikulturalizmi dəstəkləyirik. Azərbaycan Avropa Oyunları ilə Avropa ailəsinə töhfə verir, baxmayaraq ki, özü işğalla üzləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR