Bank Of Baku

Qətər ABŞ və İran arasında danışıqların bərpası üzərində işləyir

Qətər ABŞ və İran arasında danışıqların bərpası üzərində işləyir
# 24 noyabr 2026 04:21 (UTC +04:00)

Qətər ABŞ və İran arasında danışıqlar prosesinin bərpası istiqamətində səylər göstərir.

“Al Jazeera” telekanalının məlumatına görə, bunu Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.

“Biz İran və ABŞ ilə birlikdə danışıqlar prosesini bərpa etməyə çalışırıq”, – deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki mövcud vəziyyət ABŞ və İran arasında yeni eskalasiyaya tab gətirə bilməz.

Al Tani həmçinin Dohanın Vaşinqtonla müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 23-də Qətərin Baş naziri Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.

Tərəflər Yaxın Şərqdə təhlükələrin qarşısının alınması, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Qətər, ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR