Bank Of Baku

Qəzza sektorunda İsrailin hücumları nəticəsində azı 8 nəfər ölüb

Qəzza sektorunda İsrailin hücumları nəticəsində azı 8 nəfər ölüb
# 30 sentyabr 2026 03:46 (UTC +04:00)

Qəzza sektorunda İsrail ordusunun hücumları nəticəsində azı 8 nəfərin öldüyü bildirilir.

APA xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sektorun şimalındakı köçkünlərin yerləşdiyi Həlava düşərgəsinin atəşə tutulması nəticəsində üç nəfər, Qəzza şəhərinin qərbindəki Ən-Nəsr rayonuna hava zərbəsi nəticəsində isə iki nəfər ölüb.

Nazirlik, həmçinin Cəbaliya qaçqın düşərgəsindəki klinikaya və Ət-Tuffah rayonuna pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində iki fələstinlinin öldüyünü bildirib. Qəzzanın cənubundakı Əl-Məvasi bölgəsində isə bir qadının öldüyü qeyd olunub.

Qurumun məlumatına görə, 2025-ci il oktyabrın 11-də atəşkəsin başlanmasından bəri İsrailin hava və artilleriya zərbələri nəticəsində 1 421 nəfər ölüb, 4 983 nəfər yaralanıb.

Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bəri münaqişə nəticəsində ölənlərin ümumi sayının 74 030-a, yaralananların sayının isə 175 980-ə çatdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR