Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 09 iyun 2016 16:27 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb 6 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Mayis Sadıqovun idarə etdiyi “Mercedes” markalı, 10 UE 011 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayonunun Qımır kənd sakini, 1991-ci il təvəllüdlü İntiqam Allahverdi oğlu Bəkirovun idarə etdiyi “VAZ-21 06” markalı, 62 BX 076 dövlət nömrə nişanlı avtomobillə toqquşub. “VAZ 2106”da olan sərnişin Zaqatala rayon Qazangül qəsəbə sakini 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

“VAZ 2106” markalı avtomobilin sürücüsü İ.Bəkirov, onun sərnişinləri - Qazangül qəsəbə sakinləri - 1976-cı il təvəllüdlü Sevil Aslan qızı Hacıyeva, 1996-cı il təvəllüdlü Zöhrə Nəzir qızı Hacıyeva, 2003-cü il təvəllüdlü Abdurrahman Nəzir oğlu Hacıyev, “Mercedes” markalı avtomobildə olan sərnişinlər - Şəki rayon sakinləri, 1964-cü il təvəllüdlü Mədinə Abdulla qızı Mustafayeva və 1993-cü il təvəllüdlü Gülnar Mayis qızı Sadıqova xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, “VAZ 2106” markalı avtomobildə ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

***

17:02

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hazırda ölən və xəsarət alanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR