İran və ABŞ arasında vasitəçilik edən tərəflər gərginliyin azaldılması məqsədilə 10 günlük atəşkəs təklif ediblər.
Bu barədə "Reuters" agentliyinə İranın yüksəkvəzifəli rəsmisi məlumat verib.
Məlumata görə, təklifin məqsədi tərəflərə ötən ay əldə olunmuş müvəqqəti razılaşmanın bərpası yollarını müzakirə etmək üçün vaxt yaratmaqdır.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi də təsdiqləyib ki, Tehran vasitəçilərdən ABŞ ilə gərginliyin azaldılmasına dair təkliflər alıb.