"Sony" minlərlə işçisini ixtisar edir

"Sony" minlərlə işçisini ixtisar edir
# 09 mart 2015 15:52 (UTC +04:00)

Bakı - APA. Yaponiyanın "Sony" şirkəti İsveç nümayəndəliyində çalışan minə yaxın işçisini ixtisar etmək niyyətindədir.

APA-nın "Agence France-Presse"ə istinadən verdiyi xəbərə görə, ixtisarlar əsasən şirkətin İsveçin Lund şəhərində yerləşən müəssisəsində çalışanlara aid olunacaq. Burada çalışanların sayı 2200-dən 1200-ə çatdırılacaq.

Ştatın azaldılması aprelin 1-dən baş tuta bilər.

Qeyd edək ki, 2016-cı ilin martınadək "Sony" 2000-dən artıq işçisini ixtisar etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR