Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işləri davam edir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Girnə Bələdiyyə sədri Murat Şenkul 160 nəfərin xilas edildiyini, hazırda onların limana gətirildiyini bildirib.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı isə artıq 100 nəfərin sahilə çıxarıldığını bildirib.
***
saat 15.07
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işlərinə 1 vertolyot, Sahil Mühafizə Xidmətinin 4 qayığı cəlb edilib.
Bu barədə Türkiyənin NTX telekanalı məlumat yayıb.
Sahildəki özəl qayıqlar da xialsetmə əməliyyatında iştirak edir.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı indiyə qədər 10 nəfərin xilas edildiyini bildirib.
***
saat 13.54
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.
Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.
Xilasetmə əməliyyatı başlayıb.