Dik Advokat “Fənərbaxça”nın baş məşqçisi postuna gətirilib

 Dik Advokat “Fənərbaxça”nın baş məşqçisi postuna gətirilib
# 15 avqust 2016 12:56 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Fənərbaxça” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya uduzan İstanbul təmsilçisi portuqaliyalı Vitor Pereyra ilə yollarını ayırıb.

Onu bu vəzifədə hollandiyalı Dik Advokat əvəzləyəcək. Bu təklif 68 yaşlı mütəxəssis baş məşqçisi Danni Blindin köməkçisi olduğu Hollandiya yığması tərk etməsinə səbəb olub.

Təcrübəli çalışdırıcı təklifin cəlbedici olduğunu açıqlayıb. Hollandiya yığmasınadək son iş yeri “Sanderlend” olan çalışdırıcı 3 at öncə istefa verərkən bir daha heç bir klubda çalışmayacağını söyləsə də, fikrindən bu təklifə görə daşınıb: “Fənərbaxça”nın təklifi çox xoşuma gəldi. Bu təklifi sevinclə qəbul etdim. Belə böyük klubda çalışmaq xoşdu. Məsələ tam rəsmiləşəndən sonra daha ətraflı şərh verəcəm”.

Qeyd edək ki, Advokat İstanbul klubu ilə 1 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR