“AtaBank”ın aktivləri 90 mln. manata yaxın artıb

“AtaBank”ın aktivləri 90 mln. manata yaxın artıb
# 18 iyul 2014 07:41 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin II rübündə “AtaBank”ın aktivlərinin həcmi 394,379 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,94% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin 6 ayında bankın kredit portfeli 25,23% artaraq 273,502 mln. manat olub.

Hesabat dövründə istehlak kreditlərinin həcmi 108,972 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 15,13% çoxdur.

Bankda ipoteka kreditlərinin həcmi 20,388 mln. manat olub ki, bu da bütövlükdə İpoteka Fondunun xətti ilə verilən kreditlərdir.

Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 31,98% artaraq 335,172 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 151,703 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,79% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 26,91% artaraq 50 mln. 084 min, nizamnamə kapitalı isə 34% artaraq 37 mln. 501 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 26,57% artaraq 25,730 mln. manat, xərcləri isə 25,71% artaraq 20,182 mln. manata çatıb.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 548,8 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 25 filialı, 79 bankomatı, 16 561 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR