Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTO

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO
# 16 iyul 2014 03:38 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı xanım sürücünün idarə etdiyi “Seat” markalı avtomaşın yoldan çıxıb.

Maşın əvvəlcə Təhlükəsiz Şəhər Kamerasının dirəyinə çırpılıb. Sürət yüksək olduğundan avtomobil daha sonra aşıb. Qəza zamanı maşında olan iki sərnişin yüngül xəsarət alıb.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar xanım sürücünü polis idarəsinə dəvət ediblər. Yarasız hala düşən avtomobil isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR