MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti toplantısı  Bakıda keçiriləcək
# 20 oktyabr 2014 11:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Sabah Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti 61-ci iclası keçiriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, iclasın gündəliyinə bir sıra məsələlər daxil edilib.

Belə ki, tədbirdə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında, 2014-cü ilin may ayında keçirilmiş yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıyaalınmasının yekunları haqqında, 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razilığın yerinə yetirilməsi haqqında, 2015-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada Tarif siyasəti haqqında, beynəlxalq sərnişin daşınması üzrə MDB dövlətləri həmçinin Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları arasında bağlanan Razılığa dəyişiklikər və əlavələr edilməsi haqqında, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər Smetası haqqında, Dəmir yolu administrasiyaları Məlumat-hesablama Mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş Smetası haqqında, “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında və Şuranın 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR