İ.M.Seçenev adına Moskva Tibb Universitetinin Azərbaycan klubunun üzvləri veteranlarla görüş keçiriblər - FOTOSESSİYA

İ.M.Seçenev adına Moskva Tibb Universitetinin Azərbaycan klubunun üzvləri veteranlarla görüş keçiriblər  - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2015 01:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubunun üzvləri Moskva Səhiyyə Departamentinin 2 nömrəli müharibə veteranları hospitalında müalicə alan Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçiriblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, RAGB-ın nəzarət-təftiş komissiyasının üzvü, tibb elmləri namizədi Samir Əliyev qurumun sədri Leyla Əliyevanın adından Böyük Vətən müharibəsi veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib. Müharibə illərində sovet ordusu sıralarında döyüşmüş qəhrəman azərbaycanlılardan danışan Samir Əliyev bildirib ki, Azərbaycanda Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəmanların xatirəsi həmişə böyük ehtiramla anılır: "Dövlətimiz və prezident İlham Əliyev veteranlara və onların ailələrinə böyük diqqət və qayğı ilə yanaşır".

Hospitalın direktoru Vladimir Lyutov veteranlar və tibb müəssisəsinin kollektivi adından RAGB fəallarına təşəkkür edərək, müharibə və cəbhə veteranları üçün xeyriyyə konsertinin təşkilinə və keçirilməsinə görə qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ünvanlanan təşəkkür məktubu təqdim edib: “Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş konsert hamıda böyük sevinc, ruh yüksəkliyi, gümrahlıq yaratdı. Bu alicənablığa və diqqətə görə Sizə ürəkdən təşəkkür edirik”.

İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubunun üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Veteranlar azərbaycanlı tələbələrin ifasında müharibə illərinin şeirlərini və mahnılarını dinləyiblər.

Konsertdən sonra bütün veteranlara RAGB sədri Leyla Əliyeva adından hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR