Bank Of Baku

Oğuz sakini motosikletlə qəza törədib

Oğuz sakini motosikletlə qəza törədib
# 02 iyul 2018 07:32 (UTC +04:00)

Oğuz rayonunda motosikletin aşması nəticəsində iki nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  iyulun 1-dən 2-ə keçən gecə Oğuz rayonu Bayan kənd sakini, 1989-cu il təvəllüdlü Qorxmaz Cümşüd oğlu Salamov idarə etdiyi motosikletlə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Bayan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək motoskleti aşırıb. Qəzadan sonra Qorxmaz Salamov və motosikletdə sərnişin qismində olan həmkədlisi, 1986-cı il təvəllüdlü Sərxan Nizami oğlu Səmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Xəstəxanadan bildirlib ki, yaralılardan Q. Salamovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralı S. Səmədov isə müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib. S. Səmədov qapalı kəllə-beyn travması dioqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti ağır qiymətləndirlir.

 

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR