Azərbaycanda «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramının layihəsi hazırlanıb

Azərbaycanda «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramının layihəsi hazırlanıb
# 16 aprel 2013 14:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı»nın layihəsini hazırlayıb.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, aprel ayının sonunadək sözügedən layihə müvafiq orqanlara təqdim ediləcək. Hazırda layihə aidiyyəti olan dövlət qurumları və nazirliklərlə razılaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR