Balakəndə xeyli miqdarda çətənə kolu aşkarlanıb

Balakəndə xeyli miqdarda çətənə kolu aşkarlanıb
# 10 avqust 2014 11:53 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə narkotik tərkibli bitki məhv edilib.

Balakən Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ və Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Sarıbulaq kəndinin kənarında, Bayrambinə zastavasından 1100 metr aralıda əkin üçün yarasız sahədə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar olunub.

Hündürlüyü 30 sm-dən 1 metr 40 sm-ə qədər olmaqla 854 ədəd, ümumi çəkisi 113 kq çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

Balakən RPŞ-dən bildirilib ki, rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR