Mingəçevirdə tələbə qızı qaçıran şəxs tutulub

Mingəçevirdə tələbə qızı qaçıran şəxs tutulub
# 30 sentyabr 2014 13:34 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov. APA. Mingəçevir şəhərində qız qaçıran şəxs tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhər Telekommunikasiya Qovşağının inzibati binasının qarşısında baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Siyasət Məzahir oğlu dostunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə küçədə piyada hərəkət edən Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Adıgözəlova Nigar Ramiz qızına yaxınlaşıb və onu zorla maşına mindirməyə çalışıb. Onlar arasında əlbəyaxa qarşıdurma yaranıb, 18 yaşlı qız güc tətbiq edilərək maşına mindirilib.

Avtomobil hərəkət edən zaman qız maşının qapısını açaraq özünü aşağı atmaq istəyib. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının II kurs tələbəsi olan Nigar Adıgözəlova qışqıraraq oğlana müqavimət göstərsə də, qaçırılaraq naməlum istiqamətə aparılıb.

Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutularaq Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1 maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR