Evini yandıran Ucar sakini həbs edilib

Evini yandıran Ucar sakini həbs edilib
# 20 iyun 2016 16:21 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Yaşadığı evi yandıran Ucar sakini saxlanılıb.

Ucar Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evini yandıran 37 yaşlı Yaşar Qafarov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Ucar rayonunun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Yaşar Məcid oğlu Qafarova məxsus ikimərtəbəli evdə güclü yanğın baş verib. Yanğın zamanı ümumi sahəsi 160 kvadratmetr olan 2 mərtəbəli ev yanğınsöndürənlər gələnə kimi əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğını içkili vəziyyətdə olan ev sahibi Y. Qafarov həyat yoldaşı ilə mübahisə etdikdən sonra törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR