Paşha Bank
Bank Of Baku

Bakıda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edən şəxs qətl törədibmiş - YENİLƏNİB

Bakıda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edən şəxs qətl törədibmiş - YENİLƏNİB
# 07 iyun 2019 18:24 (UTC +04:00)

Bakıda intihara cəhdin təfərrüatları məlum olub.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatına görə, Səbail rayonunda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edən 1982-ci il təvəllüdlü, Ağsu rayonunda qeydiyyatda olan Abışov Fərhad Cəlal oğlu qətldə şübhəli bilinir.

Belə ki, bu gecə Səbail rayonunun Bayıl qəsəbəsində 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı bıçaqlanıb. Qadın qanaxmadan ölüb.

İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Qeyd edək ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, iyunun 7-də saat 14:00 radələrində Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

* * *

Saat 15:25

Paytaxtın Səbail rayonunda intihara cəhd qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,  Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR