Bank Of Baku

DİN: Lerikdə yeniyetmə qızın təcavüzə məruz qalması barədə polisə müraciət daxil olmayıb

DİN: Lerikdə yeniyetmə qızın təcavüzə məruz qalması barədə polisə müraciət daxil olmayıb
# 20 iyun 2018 14:37 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə APA-nın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb: “Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”.

 

Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR