Gədəbəydə aptek müdirinə hücum edərək pulunu aparıblar

Gədəbəydə aptek müdirinə hücum edərək pulunu aparıblar
# 07 dekabr 2014 12:55 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA, Gədəbəy rayonunda soyğunçuluq hadisəsi baş verib. Gədəbəy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində rayon mərkəzində baş verib.

Aptek sahibi, 1949-cu il təvəllüdlü Hacıyev Əfraim Əkbər oğlu işdən evə qayıdan zaman bir nəfər maskalı şəxs ona hücum edərək, onun başına küt alətlə zərbə endirib.

Məlumata görə, soyğunçu aptek müdirinin 270 manat pulunu aparıb. Ə. Hacıyev bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR