Azərbaycanın da iştirakı ilə Qlobal Liderlər Alyansı yaradılıb

Azərbaycanın da iştirakı ilə Qlobal Liderlər Alyansı yaradılıb
# 12 aprel 2013 10:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə Qlobal Liderlər Alyansının təsis olunması qərara alınıb. Komitədən APA-ya verilən məlumata görə, alyansın əsas məqsədi qloballaşan dünyada nüfuzlu alimlər, sabiq ölkə və hökumət başçılarından ibarət ali qrupun sivilizasiyalararası siyasi, mədəni, dini anlaşmanın yaradılmasında aktiv iştiraklarıdır.

Ali qrupa Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, UNESCO-nun sabiq direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT baş katibinin müşaviri Nafis Sadik və Əlahəzrət Kraliça Nur daxildir.

Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR