Azərbaycan cüdoçuları Rusiyada 4 medal qazanıb - FOTOSESSİYA

Azərbaycan cüdoçuları Rusiyada 4 medal qazanıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 iyul 2016 14:27 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq “Deti Azii” oyunları keçirilir.

APA-nın “apasport.az” saytına istinadən verdiyi məlumata görə, yarışda məşqçi Nazim Umbayevin rəhbərliyi altında Azərbaycan cüdoçuları da iştirak edir.

Beynəlxalq yarışda təmsilçilərimiz 4 medal qazanıblar.

Oyunların ilk günündə yeniyetmə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar. Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, üç gün davam edəcək “Deti Azii” oyunlarına sabah yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR