Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakıda avtomobil təmiri sexində yanğın olub
# 09 iyul 2015 02:50 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda avtomobil təmiri sexində təmirə dayanmış “Mercedes“ markalı minik avtomobili yanıb və yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanı məlum olmayan “Hyundai" markalı minik avtomobilinin arxa hissəsi əriyib.

Avtomobilin qalan hissəsi və təmir sexində dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR