Bakıda iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
# 26 may 2015 08:38 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə ötən gecə Nəsimi rayonu, S. Adil küçəsi 3 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Lətifovun idarə etdiyi “Mercedes-Vito” markalı, 99 DN 130 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tahir Fərəcovun idarə etdiyi “Daewoo” markalı, 90 TN 768 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinləri – Təranə Hənifəyeva, Gülnaz Mikayılova, İlkin Əhmədov, Ramin Rüstəmov, Vaqif Tağıyev, Aynur Zeynalova, İlkin Şərifov, Xəyal Şovziyev və Şabran rayon sakini Samir Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR