Bank Of Baku

Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib

Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib
# 26 sentyabr 2026 20:27 (UTC +04:00)

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin rəhbəri, Prezident Liderlik Şurasının sədri Rəşad əl-Əlimi əhalini husilərə qarşı mübarizədə hökumət qüvvələrinə qoşulmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

O, ölkədə ümumi və milli səfərbərlik elan edərək vətəndaşların silahlı qüvvələr və təhlükəsizlik orqanlarının sıralarına rəsmi kanallarla qoşulmasını istəyib.

əl-Əlimi eyni zamanda husilərin sıralarını tərk edən döyüşçülərə amnistiya təklif edib. O bildirib ki, husilərlə döyüşməkdən və ya onlarla əməkdaşlıq etməkdən imtina edən şəxslər üçün sonradan konstitusion və hüquqi prosedurlara uyğun ümumi amnistiya tətbiq olunacaq.

Əl-Əlimi hökumətin əsas məqsədinin dövlət institutlarını bərpa etmək və paytaxt Sənanın da daxil olduğu bütün ölkə ərazisində dövlət suverenliyini təmin etmək olduğunu bildirib. Bu çağırış husilərin Qırmızı dəniz sahilində mövqelərini genişləndirməsi və Səudiyyə Ərəbistanına qarşı hücumlarını artırması fonunda səslənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR