Bank Of Baku

İran ordusu düşmən əsgərləri üçün ölkənin 16 sərhəd şəhərində 320 min məzar qazacaq

İran ordusu düşmən əsgərləri üçün ölkənin 16 sərhəd şəhərində 320 min məzar qazacaq
# 30 iyun 2008 13:15 (UTC +04:00)
Tehran-APA. İran Silahlı Qüvvələrinin rəhbərliyi ehtimal olunan müharibədə düşmən əsgərlərini dəfn etmək üçün 320 min məzar qazmağa qərar verib. APA-nın məlumatına görə, Silahlı Qüvvələrin İtkin Düşmüş Əsgərlər Komitəsinin rəhbəri, general Mirfeysəl Bağırzadə ölkəsinin müharibə baş verəcəyi təqdirdə Cenevrə sazişinin müddəalarına tam əməl edəcəyini bildirib: “Sərhəd şəhərlərinin hər birində 20 min qəbir qazacaq və həlak olan düşmən əsgərlərini ən qısa müddət ərzində bu məzarlarda dəfn edəcəyik. Düşmən əsgərlərinin dəfni İran Qızıl Ay Komitəsi, Ekologiyanı Mühafizə Qurumu və bələdiyyələr tərəfindən həyata keçiriləcək. Düşmən əsgərlərin ailələrinin Vyetnam müharibəsində üzləşdikləri problemlərlə yenidən qarşılaşmalarını istəmirik. Bu üsulu tətbiq etməklə həlak olan düşmən əsgərlərin şəxsiyyətini təsdiq edən sənədlər və cəsədlər uzun müddət qorunmuş olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR