Pakistanda məktəbli avtobusu partladılıb

Pakistanda məktəbli avtobusu partladılıb
# 09 oktyabr 2008 14:17 (UTC +04:00)
İslamabad – APA. Pakistanın şimal-qərbindəki sərhədyanı əyalətdə partlayış baş verib, ən azı 9 nəfər həlak olub. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, parlayışdan yaxınlıqdakı məktəbli avtobusu və məhkumları daşıyan avtomobil ziyan çəkib.

Hakimiyyət nümayəndələrinin məlumatına görə, partlayıcı vasitə məsafədən idarəetmə ilə işə salınıb. Ölənlərdən 4-ü məktəbli, 2-si məhbus, 3-ü isə polisdir. Bəzi məlumatlara görə, ölənlərin sayı 25-ə çata bilər.

Bir qədər əvvəl isə kamikadze İslamabaddakı polis qərargahı qarşısında avtomobili partladıb. Pakistan paytaxtında törədilmiş partlayış nəticəsində 13 nəfər yaralanıb.

Hər iki partlayış Pakistan parlamentinin fövqəladə iclasının keçirildiyi vaxtda törədilib. İclasda islamçı silahlılarla mübarizə məsələləri müzakirə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR