Bank Of Baku

Tacikistanda parlamentin aşağı palatasına seçkilər başlayıb

Tacikistanda parlamentin aşağı palatasına seçkilər başlayıb
# 28 fevral 2010 03:23 (UTC +04:00)
Bakı-APA. Tacikistanda bu gün parlamentin aşağı palatasına seçkilər keçirilir. Artıq respublika üzrə 3031 seçki məntəqəsi fəaliyyətə başlayıb. Xaricdə yaşayan Tacikistan vətəndaşları üçün 36 məntəqə təşkil olunub.

Seçicilər 217 namizədin 67-ni seçməlidirlər. Namizədlər əsasən 8 siyası partiyanı təmsil edirlər. Onların arasında prezident Emomali Rəhmonun rəhbərlik etdiyi Xalq-Demokrat, İslam Dirçəlış, Kommunist və digər partiyalar var.

Seçkilərin gedişini 15-dən artıq ölkənı təmsil edən 532 müşahidəçi izləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR