Bank Of Baku

Tacikistanın parlament seçkilərində prezidentin partiyasının qalib gəldiyi deyilir

Tacikistanın parlament seçkilərində prezidentin partiyasının qalib gəldiyi deyilir
# 02 mart 2010 03:11 (UTC +04:00)
Baku-APA. Tacikistanın seçki rəsmilərinin bildirdiyinə görə, parlamentə seçkilərin ilkin nəticələrinəgörə ölkəyə uzun müddətdir prezidentlik edən İmoməli Raxmonovun partiyasının namizədləri 70 faizdən çox səs toplayıblar.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, seçkilərdə iştirak edən beynəlxalq monitorların səsvermənin demokratik standartlara uyğun keçirilmədiyini bildirirlər.

Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT-in bildirdiyinə görə, dünən keçirilən seçkilərdə seçki qutularının saxta bülletenlərlə doldurulması da daxil edilməklə, ciddi nöqsanlara yol verilmişdir. Qərb müşahidəçiləri Tacikistanda keçirilən seçkilərin heç vaxt azad və ədalətli keçmədiyini deyirlər. ATƏT müşahidəçilərinin əlaqələndiricisi Pia Krismas-Müller son zamanlar baş verən qanunsuzluqların bu Orta Asiya respublikasında demokratik inkişafların zəifləməsinə gətirib çıxardığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR