Bank Of Baku

Mahmud Əhmədinecad: «11 sentyabr böyük bir uydurmadır»

Mahmud Əhmədinecad: «11 sentyabr böyük bir uydurmadır»
# 07 mart 2010 01:16 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinecad, 11 sentyabr terror hücumlarının, ABŞ-ın terrorçuluğa qarşı müharibəsinə haqq qazandırmaq üçün istifadə etdiyi «böyük bir uydurma» olduğunu bəyan edib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Əhmədinecad İran Təhlükəsizlik nazirliyinin əməkdaşları ilə söhbətində 11 sentyabr terror hücumları nəticəsində Əkiz qüllələrin çökməsini «xüsusi xidmət orqanlarının ssenarisi» kimi dəyərləndirib.

«11 sentyabr hadisələri terrorçuluğa qarşı kampaniya üçün bir bəhanə və Əfqanıstana qarşı müharibənin hazırlığı olaraq istifadə olunmuş böyük bir uydurmadır» deyə İran prezidenti bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR