Bank Of Baku

İran təhlükəsizlik qüvvələri ilin son çərşənbəsi gücləndirilmiş iş rejimində çalışacaq

İran təhlükəsizlik qüvvələri ilin son çərşənbəsi gücləndirilmiş iş rejimində çalışacaq
# 09 mart 2010 15:39 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İlin son çərşənbə axşamı günü – martın 16-da 4000 yanğınsöndürən maşın Tehran şəhərinin müxtəlif yerlərində hazır vəziyyətdə keşik çəkəcək. Bundan əlavə, 5000 qadın və kişi könüllü olaraq yanğınsöndürən dəstələrinə qoşulacaq. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tehranın Yanğından Mühafizə İdarəsinin rəhbəri Məhəmmədrza Hacıbəyi bildirib. O deyib ki, ilin son çərşənbəsinin sakit keçməsi, xalqın bayramı əmin-amanlıqla qeyd etməsi üçün bütün tədbirlər görülüb: “Biz dəfələrlə çərşənbə günü bəzi insanların digərləri üçün problem yaratmasının şahidi olmuşuq. Amma bu il hər hansı xoşagəlməz hadisənin qarşısı alınacaq”. O, bütün xalqı bu günlərdə ayıq olmağa çağırıb.

Qeyd edək ki, hər il ilin son çərşənbə günü İranda təntənəli keçirilir, bu zaman müxtəlif hadisələr baş verir. Bu il İran müxalifətinin məhz son çərşənbə gününə – martın 16-na etiraz aksiyası təyin etməsi vəziyyəti daha gərginləşdirə bilər. Bu səbəbdən həmin gün bütün təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejimində çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR