Bank Of Baku

İranda müxalifət partiyasının baş katibi həbsdən azad edilib

İranda müxalifət partiyasının baş katibi həbsdən azad edilib
# 18 mart 2010 08:16 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda “Müşarikət” partiyasının baş katibi Möhsün Mirdamadi 9 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. APA-nın “Parlemannews”a istinadən verdiyi məlumata görə, müxalif yönümlü partiyanın baş katibi ictimai asayişi pozmaqda və İslam ölkəsi əleyhinə təbliğat aparmaqda ittiham edilib. Lakin məhkəmə onun haqqında heç bir hökm çıxarmayıb.

İranın peşəkar sənədli filmlər rejissoru Məhəmməd Rəsulov da küllü miqdarda girov qoyduqdan sonra həbsdən azad edilib.

Qeyd edək ki, M. Rəsulov İranın tanınmış kino rejissorlarından və azad fikirli insanlarındandır. O, İranda çəkilən bir çox bədii və sənədli filmin rejissorudur. M Rəsulov 10 gün öncə heç bir səbəb bildirmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR