Bank Of Baku

Şimali Koreya trotil ekvivalenti bir neçə kiloton olan nüvə başlıqları istehsal edə bilər

Şimali Koreya trotil ekvivalenti bir neçə kiloton olan nüvə başlıqları istehsal edə bilər
# 30 mart 2010 19:03 (UTC +04:00)
Bakı-APA. Koreya Xalq Demokratik Respublikası (KXDR) trotil ekvivalenti bir neçə kiloton olan nüvə başlıqları istehsal etmək iqtidarındadır. APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəz Kəşfiyyat İdarəsinin Konqres üçün hazırladığı yeni məruzədə deyilir.

Kəşfiyyatçılar öz mülahizələrində KXDR tərəfindən həyata keçirilmiş son nüvə sınağının nəticələrinə əsaslanırlar.

Qeyd edək ki, KXDR 2008-ci ilin iyununda 31 kiloqram hərbi təyinatlı plutoniuma
malik olduğunu açıqlayıb.

Ekspertlərin qənaətinə görə, bu, 6-8 nüvə başlığının istehsalı üçün kifayətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR