Bank Of Baku

Pakistan ordusu talibləri sıxışdırır

Pakistan ordusu talibləri sıxışdırır
# 03 aprel 2010 17:50 (UTC +04:00)
Bakı-APA. Pakistan ordusu taliblərə qarşı döyüşlərin gedişində ölkənin şimal-qərbindəki Aşağı Orakzay rayonu üzərində nəzarəti ələ keçiriblər. Bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama verib.

APA-nın məlumatına görə, Aşağı və Yuxarı Orakzay bölgələri Əfqanıstanla sərhəddə yerləşərək Pakistanın «Təhrik-i-taliban Pakistan» («Pakistan taliblərinin hərəkatı») təşkilatının əsas dayaq məntəqələrindən sayılırlar.

Bu ilin martında Orakzay ərazisində Pakistan ordusu taliblərə qarşı əməliyyatlara başlayıb. Hərbi əməliyyatlarda cəbhə aviasiyası və artilleriyadan geniş istifadə olunur. Hərbçilər artıq 150-dən artıq yaraqlını məhv edə biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR