Bank Of Baku

İran prezidenti Urmiya gölü üzərində ikinci körpünün açılışında iştirak edəcək

İran prezidenti Urmiya gölü üzərində ikinci körpünün açılışında iştirak edəcək
# 05 aprel 2010 07:51 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran prezidenti Mahmud Əhmədinejad və hökumət üzvləri aprelin 7-də Qərbi Azərbaycana səfər edəcəklər. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru Vəhid Calalzadə deyib. O bildirib ki, prezidentin Urmiya şəhərində sakinlər ilə ümumi görüşləri nəzərdə tutulub. Prezident Urmiyaya olan iki günlük səfəri zamanı bir sıra yeni layihələrin açılışında və Urmiya gölünün üstündən ikinci körpünün açılışında iştirak edəcək.

Prezident hökumət üzvləri ilə Qərbi Azərbaycanın inkişafına həsr olunmuş bir sıra iclaslar keçirəcək. Prezidentlə bərabər hökumət nümayəndələri vilayətin 17 şəhərində olacaq, ictimaiyyətlə görüşəcək, onların problemləri ilə yaxından maraqlanacaqlar. Qeyd edək ki, bu, Əhmədinejadın prezidentliyi dövründə Qərbi Azərbaycan vilayətinə olan 4-cü səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR