Bank Of Baku

İnterpol Səddam Hüseynin qızı barəsində axtarış elan edib

İnterpol Səddam Hüseynin qızı barəsində axtarış elan edib
# 06 aprel 2010 02:46 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq cinayət axtarışı polisi təşkilatı (İnterpol) keçmiş İraq lideri Səddam Hüseynin böyük qızının həbs olunmasına order verib.

İnterpolun saytında yerləşdirilmiş məlumata əsasən, 41 yaşlı Raqad Hüseyn terrorçuluqda, şəxsiyyətin həyatı, sağlamlığı, azadlığı və ləyaqəti əleyhinə cinayət törətməkdə ittiham olunur.

İraq hüquq-mühafizə orqanları artıq bir neçə ildir İordaniyada yaşayan Raqad Hüseynin həbsinə nail olmaq istəyirlər. 2006-cı ildə İraq polisi Raqad və onun anası Səcidə Talfa haqqında terrorçuluq və separatçılara maddi yardım göstərmək ittihamları ilə axtarış elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR