Bank Of Baku

İran İslami Şura Məclisinin üzvləri “Əlif” saytının bağlanmasını tələb ediblər

İran İslami Şura Məclisinin üzvləri “Əlif” saytının bağlanmasını tələb ediblər
# 07 aprel 2010 08:08 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran İslami Şura Məclisinin üzvləri “Əlif” saytında dövlətin yüksək rütbəli şəxslərinə böhtan atıldığını, qanunvericiliklə ziddiyyət təşkil edən yazıların dərc olunduğunu iddia edərək, saytın dayandırılmasını, eləcə də məhkəməyə verilməsini tələb ediblər. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu saytın təsisçisi İran parlamentinin araşdırmalar mərkəzinin rəhbəri Əhməd Təvəkkolidir. Ə Təvəkkoli bu saytda millət vəkilləri adından İran məhkəmə orqanının rəhbərinə yazılan məktubu dəyişdirərək orada böhtan xarakterli ifadələr işlədib. Millət vəkilləri bunu qanuna zidd bir hərəkət adlandırıblar. Millət vəkilləri bildiriblər ki, “Əlif” saytında dövlətin yüksək rütbəli şəxslərinə böhtan atmaq cinayətdir və bunun nəticəsi olaraq sayt bağlanmalı, məhkəməyə verilməli və cəzalandırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR