Bank Of Baku

Mahmud Əhmədinejad: “Qərbi Azərbaycan İranın inkişafında və İran xalqının birliyində əhəmiyyətli rola malikdir”

Mahmud Əhmədinejad: “Qərbi Azərbaycan İranın inkişafında və İran xalqının birliyində əhəmiyyətli rola malikdir”
# 07 aprel 2010 09:06 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Qərbi Azərbaycan xalqı istiqanlı, mehriban, qonaqpərvər və zəhmətkeş insanlardan ibarətdir”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad aprelin 7-də Urmiya şəhərinə səfəri zamanı deyib. O bildirib ki, Qərbi Azərbaycan vilayətinin İranın inkişafında, elmi nailiyyətlərin əldə etməsində və xalqın birliyində mühüm rolu olub: “Mən cəsarətlə deyə bilərəm ki, bu qədim diyar qəhrəmanlar və alimlər diyarıdır. Bu diyarın insanları mədəni, torpağı isə bərəkətlidir”.

M. Əhmədinejad Qərbi Azərbaycanda bir neçə müəssisənin, eləcə də Urmiya gölü üzərindən keçən körpünün açılışına qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR