Bank Of Baku

Mahmud Əhmədinejad ABŞ prezidentinin yeni nüvə strategiyasını tənqid edib

Mahmud Əhmədinejad ABŞ prezidentinin yeni nüvə strategiyasını tənqid edib
# 08 aprel 2010 02:11 (UTC +04:00)
Bakı-APA. İran dövlət başçısı ABŞ prezidenti Barak Obamanın yeni nüvə planını sərt tənqid edib. Prezident Mahmud Əhmədinejad bildirib ki, Obama İranın nüvə fəaliyyətləri barədə istədiyi hərəkəti edə bilməz və yeni siyasət onun lider kimi təcrübəsiz olduğunu göstərir.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Obamanın dünən açıqlanan yeni strategiyası İran və Şimali Koreya istisna olunmaqla nüvəsiz ölkələrə qarşı nüvə silahından istifadə etməməyi vəd edir. Birləşmiş Ştatlar və dünyanın başqa qüdrətləri İranın gizli olaraq nüvə silahı əldə etməyə çalışdığına inanır. Rəsmi Tehran isə bu iddiaları rədd edir. ABŞ habelə BMT Təhlükəsizlik Şurasının İrana 4-cü paket sanksiyalar tətbiq etməsinə çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR