Bank Of Baku

İran ordusunun komandanı: “Obama fəqir, qaradərili bir tayfadandır və ürəyində azca da olsa, insanlığa məhəbbət var”

İran ordusunun komandanı: “Obama fəqir, qaradərili bir tayfadandır və ürəyində azca da olsa, insanlığa məhəbbət var”
# 08 aprel 2010 13:39 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Amerika ordusu İrana hücum edərsə, canını qurtara bilməyəcək”. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, bu bəyanatla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi çıxış edib. O bildirib ki, bir gün çaşıb İrana hücum edərsə, Amerikanın vəziyyəti heç də yaxşı olmayacaq: “Biz onların arzusunu ürəklərində qoyacağıq”.

S. H. Firuzabadi deyib ki, bu gün Çin və Rusiya ABŞ-ın İrana hədə-qorxularını seyr edir: “Onların bizim kimi rəhbəri yoxdur və yalnız iqtisadi maraqlarını güdürlər, ABŞ-ı özlərinə bu və digər zəmində güclü rəqib hesab edirlər. Əslində isə ABŞ İrandan çox Çin və Rusiya üçün təhlükə yaradır. Bunu həmin dövlətlərə dəfələrlə xatırlatmışıq. Dünyada hər hansı ölkə ABŞ-ın iradəsinə uyğun hərəkət etməzsə, onun üçün həmişə təhlükə var. Mən bəyan edirəm ki, Amerika beynəlxalq bir canavardır. Əlbəttə, mən Obamanı canavar hesab etmirəm. O, fəqir, qaradərili bir tayfadandır və ürəyində azca da olsa, insanlığa məhəbbət var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR