Bank Of Baku

Qırğızıstanda matəm elan ediləcək

Qırğızıstanda matəm elan ediləcək
# 08 aprel 2010 15:03 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanda yaradılmış müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva 10 apreli ölkədə milli matəm günü elan edəcək. APA-nın “Kabar” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə baş verən kütləvi iğtişaşlar nəticəsində 75 nəfər ölüb, minə yaxın adam yaralanıb.

Müvəqqəti hökumətin nümayəndəsi Kanıbek İmanaliyev ölənlərin dəfninə hazırlıq gördüklərini deyib. Səhiyyə naziri səlahiyyətlərini icra edən Dəmir Niyazaliyev isə bildirib ki, hələlik ölənlərin yalnız yarısının şəxsiyyəti müəyyənləşdirilib. O, Bişkek xəstəxanalarında 70-dən çox ağır yaralının müalicə olunduğunu söyləyərək ölənlərin sayının arta biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR