Bank Of Baku

İran Baş Prokurorluğu “Əlif” saytının rəhbərliyinə ciddi xəbərdarlıq edilib

İran Baş Prokurorluğu “Əlif” saytının rəhbərliyinə ciddi xəbərdarlıq edilib
# 09 aprel 2010 08:35 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran Baş Prokurorluğu “Əlif” saytının rəhbəri Əhməd Təvəkkoliyə rəsmi qaydada ciddi xəbərdarlıq edib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, prokurorluğdan bildirilib ki, bu saytın dövlətin yüksək rütbəli şəxslərinə qarşı iftira və böhtan xarakterli yazıları ümumi fikri çaşdırır. Qeyd edək ki, İran İslami Şura Məclisinin üzvləri “Əlif” saytında dövlətin yüksək rütbəli şəxslərinə böhtan atıldığını, qanunvericiliklə ziddiyyət təşkil edən yazıların dərc olunduğuna görə saytın dayandırılmasını, eləcə də məhkəməyə verilməsini və cəzalandırılmasını tələb ediblər. Saytın təsisçisi isə İran parlamentinin araşdırmalar mərkəzinin rəhbəri Əhməd Təvəkkolidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR