Bank Of Baku

İran parlamentinin üzvü Kazım Cəlali: “Qərb İranın qonşu dövlətlərlə arasını vurmaq üçün layihələr hazırlayır”

İran parlamentinin üzvü Kazım Cəlali: “Qərb İranın qonşu dövlətlərlə arasını vurmaq üçün layihələr hazırlayır”
# 09 aprel 2010 09:31 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “İranın xarici siyasətində islam ölkələri öndədir və biz əldə etdiyimiz naliyyətləri qonşularımız olan müsəlman ölkələrinə verməyə hazırıq”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü və komissiyanın mətbuat katibi Kazım Cəlali deyib. O bildirib ki İran qonşuları ilə səmimi və sülh şəraitində əməkdaşlıq edir, amma Qərb ölkələri İranla ərəb dövlətlərinin, eləcə də qonşu müsəlman ölkələrinin arasını vurmaq üçün layihələr hazırlayırlar. “Biz inanırıq ki İsrail rejimi regionda İranı nüfuzdan salmaq üçün böhtanlar atarsa, ərəb və qonşu müsəlman ölkələri buna öz etirazlarını bildirəcəklər. Çünki biz bir bədənin üzvləri kimiyik. İranın sahib olduğu sülh məqsədli nüvə proqramı heç bir qonşu ölkə və insanlar üçün təhlükəli törətmir, sadəcə düşmənlər bunu belə dəyərləndirirlər. Biz əldə etdiyimiz nüvə texnologiyası və digər uğurlarımızla müsəlman qonşu ölkələrə xidmət etmək istəyirik. Ümid edirəm ki, qonşu müsəlman ölkələri də bizim bu təklifimizi qəbul edib bizə dəstək olacaqlar. Bununlada Qərb ölkələrinin və düşmənlərin planlaşdırdığı ara qarışdırma planları baş tutmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR