Bank Of Baku

Banqkokda baş vermiş iğtişaşlarda həlak olanların sayı 15 nəfərə çatıb

Banqkokda baş vermiş iğtişaşlarda həlak olanların sayı 15 nəfərə çatıb
# 11 aprel 2010 01:22 (UTC +04:00)
İlkin məlumatlara görə, toqquşma zamanı 700 nəfərə qədər xəsarət alıb.

Hərbçilərin verdiyi məlumatlara görə, nümayişçilər beş nəfər əsgəri Əsir götürüblər və onların taleyi naməlumdur.

Toqquşmalar polis ölmələrinin bir aydan bəri ölkədən qovulmuş keçmiş baş nazir Taksin Çinovata tərəfdarlarının hazırkı hökumət başçısı Abxisita Vetçativanın istefası tələbi ilə keçirdikləri mitinqin dağılmasından sonra baş verib.

Polis bölmələri «qırmızı köynəklər» adı almış nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

Aksiya iştirakçıları isə hüquq mühafizə orqanları əməkdaşlarına daş və yandırıcı maye ilə dolu şüşə qablar atıblar.

Xatırladaq ki, aprelin 7-də "qırmızı köynəklər" parlamentin ərazisinə daxil olmağa müvəffəq olublar ki, bundan sonra da Vetçaçiva fövqəladə vəziyyət elan edib.

Şənbə günü o həlak olmuş şəxslərin ailə üzvlərinə başsağlığı verib, lakin istefaya getməkdən imtina edərək, ölkədə vəziyyətin normallaşdırılması istiqamətində işləməyə söz verib.

Qeyd edək ki, Banqkokda baş vermiş iğtişaşlar 1992-ci ildən bu günə qədər baş vermiş ən ciddi toqquşmalardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR