Bank Of Baku

İran həbsxanasında partlayış zamanı 19 nəfər yaralanıb

İran həbsxanasında partlayış zamanı 19 nəfər yaralanıb
# 11 aprel 2010 02:21 (UTC +04:00)
Bakı-APA. İranın İraqla sərhəd yaxınlığında yerləşən İlam şəhərində ən böyük həbsxanasında baş vermiş partlayış nəticəsində iki məhbus qaça bilib. Apa-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, ölkənin qərbində hücumçuların həbsxanaya qumbara atması nəticəsində 19 nəfər yaralanıb.

Yarı rəsmi Fars xəbər agentliyi hadisənin məhbuslarla görüş saatı zamanı baş verdiyi haqda məlumat verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə isə, həbsxanadan qaçmış məhbuslardan biri asılmaqla ölüm cəzasına məhkum edilmiş qatildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR