Bank Of Baku

Mahmud Əhmədinejad: “Azı 5 milyon insan Tehranı tərk etməlidir”

Mahmud Əhmədinejad: “Azı 5 milyon insan Tehranı tərk etməlidir”
# 12 aprel 2010 15:03 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Əhmədinejad Tehranın zəlzələ xətləri üzərində yerləşən riskli səmtlərində yaşayan 5 milyon insanın şəhəri tərk etməsinin zəruriliyinə diqqət çəkib: “İnsanlara şəhəri tərk etməyi əmr edə bilmərik. Ancaq zəlzələyə hazırlıq görülməlidir. Ən azı 5 milyon insan şəhəri tərk etməlidir ki, faciə zamanı adam az olsun və şəhəri idarə etmək asanlaşsın. Zəlzələnin nə vaxt baş verəcəyini təxmin edə bilmərik. Lakin 13,8 milyon adamın yaşadığı Tehranda bir şey baş verərsə, vəziyyətdən necə çıxarıq?”

İran hökuməti paytaxtı tərk etməyi qəbul edəcək vətəndaşlara torpaq sahəsi, aşağı faizli kredit və dövlət dəstəyi vermək kimi variantlar üzərində düşünür.

Xatırladaq ki, 2003-cü ildə İranın cənubundakı Bam şəhərində baş vermiş zəlzələdə 31 min adam ölmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR