Bank Of Baku

Qasırğa Hindistanda 114 nəfərin həyatına son qoyub

Qasırğa Hindistanda 114 nəfərin həyatına son qoyub
# 15 aprel 2010 01:55 (UTC +04:00)
Bakı-APA. Hindistanın şimal-şərqində qasırğa 114 nəfərin həyatına son qoyub. APA-nın məlumatına görə, qasırğadan daha 2 nəfər qonşu Banqladeşin ərazisində həlak olublar.

Saatda 120 kilometr sürətlə əsən şiddətli külək təxminən yüz min evi məhv edib, elektrik xətlərini qırıb və çoxlu sayda ağacları kökündən çıxarıb. Bir çox bölgələrlə hələ əlaqə yaradılmadığından yerli mətbuat orqanları qurbanların sayının daha çox ola biləcəyini qeyd edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR