Tiflisdə “Güney Qafqaz, Moldova və Ukraynada KİV azadlığına çağırış” mövzusunda konfrans keçirilir
APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfrans İsveçrənin AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil olunub. Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan ölkələri, Moldova və Ukraynada jurnalistlərin təhlükəsizliyi və müdafiəsi, söz azadlığının təminatı sahəsində problemlər müzakirə olunur. Tədbiri Gürcüstan XİN David Çalağaniya açıb.
Konfransda Gürcüstandakı İsveç səfiri Lorentso Amberq, ATƏT-in mətbuat və söz azadlığı üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Dunya Miyatoviç, Avropa İttifaqının ictimai informasiya və cinayətkarlığa qarşı mübarizə departamentinin direktoru İvan Koedjikov çıxış ediblər.
Səhər saatlarında konfransın birinci sessiyası keçirilib. Sessiyada Açıq Cəmiyyət İnstitutunun KİV-də siyasi məsələlər barədə internetdən istifadə üzrə redaktoru Mark Tompsonun “Demokratik cəmiyyətdə KİV-ə azadlıq” mövzusunda məruzəsi dinlənilib. Sonra jurnalistlər və ekspertlərlə “Jurnalistlərin müdafiəsi” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə hüquqi və inzibati təqiblərdən müdafiə, jurnalistlərə təzyiq edən şəxslərin məhkəməsinin yubanmadan keçirilməsi, jurnalistlərin məlumat mənbəyinin və jurnalist yazılarının müdafiəsi; mənbədən informasiya almaq üçün azad hüquqi kömək, sözü və informasiyanı azad çatdırmaq qarantiyası, eyni zamanda qanun çərçivəsində terrorizmlə mübarizə məsələləri müzakirələrin əsas obyekti olub.
Müzakirələrdə Avropa Jurnalistlər Assosiyasiyasının Britaniya şöbəsinin KİV azadlığı üzrə nümayəndəsi Uilyam Horsli sədrlik edib. Müzakirələrdə Gürcüstan parlamentinin deputatı Maqdalina Anikaşvili, Azərbaycandan İREX-in hüquqşünası Ələsgər Məmmədli, Moldova parlamentinin təhsil, mədəniyyət və KİV məsələləri üzrə komissiyanın prezidenti Korina Fusu, Azərbaycan prezident administrasiyasının nümayəndəsi Vüqar Əliyev və başqaları çıxış ediblər.
İkinci sessiyada “Yeni kommunikasiya texnologiyası, yeni çağırışlar; KİV-də gedən dəyişikliklər və onların təsiri” mövzusunda Avropa Şurasının yeni dəstək əlaqələri (CDMC) və KİV üzrə rəhbərlik komitəsinin üzvü, beynəlxalq informasiya cəmiyyətinin əlaqələndiricisi Tomas Şnayder məruzə ilə çıxış edib. Məruzə ətrafında diskussiyalar olub.
Sonra konfransın ilk gününə yekun vurulub.
Aprelin 16-da davam edəcək beynəlxalq konfransda ekspertlərin iştirakı ilə diffomasiya və etika, müasir professionallıq, cəmiyyətdə olan böhran müddətlərində, seçkiyə qədər və seçkidən sonra, konflikt və konflikt situasiyasından sonra KİV-in barışdırıcı alət kimi fəaliyyəti, KİV-in milli-regional və beynəlxalq səviyyələrdə olan rolundan danışılacaq, sonda tövsiyələr qəbul olunacaq.
APA-nın məlumatına görə, sabah konfransın aparıcısı ATƏT-in mətbuat və söz azadlığı üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Dunya Miyatoviç olacaq.
Dunya Miyatoviç bu günkü çıxışında bildirib ki, biz qanunları görürük, onlar kağız üzərində qalır və işləmir. “Biz jurnalistlərin müdafiə və azadlıq məsələsini həmişə qaldıracağıq. Mən bu mövzuda həmişə kəskin çıxışlar edəcəyəm. Jurnalistlərin müdafiəsi üçün həmişə qapıları döyəcəyəm. Biz düzük.”
Qeyd edək ki, Tiflisdə keçirilən beynəlxalq konfransda Azərbaycan prezident administrasiyasının media məsələləri üzrə bölmənin rəhbəri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, media şöbəsinin müdiri Rəşad Hacılı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, İREX-in hüquqşünası Ələsgər Məmmədli iştirak edir.
Azərbaycan prezident administrasiyasının mətbuat və informasiya orqanları ilə iş bölməsinin müdiri Vüqar Əliyev APA-ya açıqlamasında bildirib ki, bu tədbir əsasən söz və məlumat azadlığının müdafiəsi mexanizmlərinin müzakirəsi ətrafında keçirilən konfransdır. “Burada daha çox ifadə azadlığının daha effektiv təmin olunması üçün zəmanətlərə dəstək göstərilməsi nəzərdə tutulur və ümumilikdə tədbirdə Güney Qafqaz ölkələrində, eyni zamanda Ukraynada və Moldovada KİV-in vəziyyəti, əldə olunmuş nailiyyətlər, mövcud problemlər və həmin problemlərin həlli üçün daha effektli mexanizmlərin formalaşdırılması, çıxış yollarının tapılması məsələləri müzakirə olunur. Tədbir çərçivəsində hər bir ölkədə KİV-in vəziyyətinə dair fikirlər, məruzələr səsləndirildi və həmin məruzələrdə əldə olunmuş nailiyyətlərlə yanaşı, mövcud problemlər də vurğulandı və təbii ki, Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti, bu dövrə kimi əldə olunmuş uğurlar, keçdiyimiz inkişaf yolu və mövcud çatışmazlıqlar və onların həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü və nəzərdə tutduğu işlər barədə məlumat verildi. Mən öz çıxışımda bir sıra vacib məsələlərə münasibət bildirdim və Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı daha real təsəvvürün yaradılması üçün imkanlar daxilində səylərimizi göstərdik.”
Asiya
Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb
Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir
Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
Xəbər Lenti
Tramp Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib, İtaliya lideri bunu uydurma adlandırıb
Bakıda İƏT-in antikorrupsiya ilə bağlı keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb
Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib - FOTO
Rusiya Mərkəzi Bankı ardıcıl doqquzuncu dəfə uçot dərəcəsini endirib
Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstə üzvlərinə cəza istənilib
Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Environmental Protection First” Koalisiyası İrəvanda keçiriləcək COP17 sədrliyinə müraciət ünvanlayıb
Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu davam edir, 35 dron vurulub - YENİLƏNİB
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
Zakir Fərəcov vətəndaş qəbulu keçirib
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək
AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
ÜST-ün regional direktoru: Səhiyyə sistemlərinin səmərəliliyinin artırılması üçün üzv ölkələrə dəstək göstərilir
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
İsDB Toplantıları çərçivəsində genişmiqyaslı sazişlər imzalanıb - FOTO
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib
Xəzər rayonunda açıq ərazidə yanğın başlayıb
Peskov: Rusiya Ukraynaya zərbələr endirməyə davam edəcək
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
XİN-də xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları və maaşlara əlavələrin məbləği təsdiq edilib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
İranda yol qəzasında 5 nəfər ölüb
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır