Bank Of Baku

Salam Fayad: Fələstinin planlarında müstəqilliyin əldə edilməsidir

Salam Fayad: Fələstinin planlarında müstəqilliyin əldə edilməsidir
# 15 aprel 2010 20:47 (UTC +04:00)
Rəmallah. Viktoriya Dementyeva – APA. Fələstin Muxtariyyətinin əsas məqsədi öz müstəqilliyini qorumaqdır. APA-nın xəbərinə görə, bu barədə Fələstin Muxtariyyətinin baş naziri Salam Fayad Cənubi Qafqazdan olan jurnalistlərlə söhbətində deyib.
“Bizim həyatımız mürəkkəbdir, lakin müstəqil olmaq hüquqlarımızı qorumaq istəyimiz açıq aşkardır”, - Fayad bildirib.

Fayad qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Fələstinə yardım edir, lakin Fələstinin planlarında müstəqillik qazanmaq və fələstinlilərin beynəlxalq yardımdan asılılığını azaltmaqdır.

«Çünki müstəqil dövlət öz resursları ilə öz xalqının ehtiyacların ödəməlidir», deyə baş nazir vurğulayıb.

Fələstin xalqı öz müstəqilliyi uğrunda mübarizəni sülh yolu ilə davam etdirir. Fələstin Muxtariyyəti Qərb Sahili, Qəza Sektoru və Şərqi Yerusəlim ərazilərində öz müstəqilliyini əldə etməyə, yəni 1967-ci ildə mövcud olan sərhədlərin qaytarılmasına çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR