Bank Of Baku

Bakiyev Qazaxıstandan Türkiyəyə və ya Latviyaya yola düşə bilər

Bakiyev Qazaxıstandan Türkiyəyə və ya Latviyaya yola düşə bilər
# 15 aprel 2010 21:19 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev hazırda hələ də Qazaxıstanın Taraz şəhərindədir. APA-nın İnterfaksa istinadən verdiyi xəbərə görə, bu barədə qazaxıstanın güc struturlarındakı mənbə məlumat verib.

Məlumatda deyilir ki, Bakiyevin sonrakı taleyi ilə bağlı iki variant nəzərdən keçirilir.
«Ya Kurmanbek Bakiyev hələlik Tarazda qalacaq, yada ki, təyyarə ilə Türkiyəyə və yaxud da Latviyaya uçacaq", - deyə mənbə bildirib.

Qeyd edək ki, Bakiyevin oğlu Maksimin Latviyada olduğu ehtimal edilir.

Mənbə onu da bildirib ki, qəti qərar cümə günü səhər qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR